Əssalamu aleykum dəyərli müsəlman bacı və qardașlarımız!
Əziz və cox bağıșlayan olan, gecə ilə gündüzü Agil və bəsirət sahibi kimsələrə ibrət olsun deyə yaradan, Allahı cox Zikr (xatırlayan) edən müttəqi və bəșəriyyətin ən xeyirlisi Muhəmmədi (səllallahu aleyhi və səlləm) doğru yolu göstərən olaraq seçib insanlığa göndərən Allaha həmd olsun. Bizlərə Allahı çox zikr edərək Cənnətdə uca məqamlara çatmaq üçün irəlidə olmağı xəbər verən Odur. Cənnəti istəyən və Cəhənnəmdən Allaha sığınan hər kəs Onun çağırıșına uyaraq Allahı gecə və gündüz xatırlamağa davam etməlidir. Allahız üzərimizdan olan haqqı Onu Tövhid etmək və Allah çox zikr edən kimsəyə ən gözəl mükafat Cənnət olduqda, heç kimsə Allahı çox zikr edən qədər əcirdə irəli.
„Səhih Dua və Zikrlər“ kitabı ümmətin ittifaq etdiyi və mənbə olaraq qəbul etdiyi: Buxari, Muslim, Əbu Davud, Tirmizi, Nəsəi, ibn Məcə, İmam Əhməd „Musnəd“ və ibn Hibban əsərlərindən istifadə edərək, əsrin Muhəddisi sayılan Muhəmməd Nəsirəddin əl-Albani (Allah ona rəhm etsin) „Səhih” spunedığı hədislərindən ibarətdir. Kitabda mövzu ilə bağlı bir çox „Zəif” hədislər də vardır. Qeyd etməkdə məqsədimiz: Bu hədisləri bilib onlarla əməl etməməkdir. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: «Mənim adımdan yalan uydurmayın. Hər kim söyləmədiyimi mənə isnad edərsə heç șübhəsiz ki, atəșə girər ». Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: «Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəșdən yerini hazırlasın». Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: «Heç șübhəsiz ki, mənim ağzımdan yalan söyləmək bașqa bir kimsənin ağzından yalan söyləmək kimi deyildir. Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəșdən yerini hazırlasın »